• Gündəm • Bölgə

Rayon sakinindən 7 kilodan çox narkotik tapıldı

56
11-06-2021, 14:45

Yevlaxda çətənə bitkisinin kultivasiyası ilə məşğul olan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan BAKU.NEWS-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Aşağı Qarxun kənd sakinləri Bəhruz Rzayev və Məcid Əbdürrəhimov saxlanılıb. Onların kənd ərazisindəki sahədə uzunluğu 80 sm-dən 220-sm-dək, ümumi çəkisi 107 kiloqramdan artıq olan 80 ədəd çətənə bitkisini aqrotexniki qaydada yetişdirdikləri müəyyən edilib. Həmin əraziyə baxış keçirilən zaman əlavə olaraq 7 kiloqram 765 qram qurudulmuş marixuana da aşkar edilərək götürülüb.

Faktla bağlı Yevlax rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

FACEBOOK ŞƏRH YAZ