• İqtisadiyyat • Gündəm

Dünyanın ən kiçik Rolls-Royce avtomobili

161
11-06-2021, 10:30

Markanın zavodunda əllə yığılan hər bir Rolls-Royce avtomobilinin unikal tarixi var. Lakin, bir layihə Rolls-Royce komandasının qəlbində xüsusi yer tutur - bu uşaq elektrik SRH avtomobilidir. Bu yaxınlarda o, qayğıkeş yoxlama və diqqətli xidmət üçün Qudvudda markanın zavoduna gəldi.

Rolls-Royce SRH, Chichester şəhərindəki St Richard xəstəxanasının pediatrik şöbəsi üçün nəzərdə tutulmuşdur və burada mühüm rol oynayır. Əməliyyat edilməli olan gənc pasiyentlər əməliyyat otağına piyada və ya əlil arabası deyil, kiçik Rolls-Royce təkərinin arxasında yollanırlar. Bu sadə tədbir həyəcan səviyyəsini azaltmağa və stress vəziyyətini xoş, yaddaqalan bir təcrübəyə çevirməyə imkan verir – həm uşaqların özləri, həm də onların valideynləri və xəstəxana işçiləri üçün. Avtomobil 2017-ci ildə hazırlanıb xəstəxanaya təhvil verilmişdir. O andan etibarən 2 000-dən çox cəsur uşaq onun sükanı arxasında gəzdi. İstifadə şəraiti onun zərif lak-boya örtüyünə qaçılmaz təsir göstərdi -bu isə Rolls-Royce avtomobilinin sürücü vəsiqəsi olmadan gənc sürücülər tərəfindən xəstəxananın dəhlizləri ilə idarə olunduğu yeganə məlum hadisədir.

Avtomobil ilk 100 000 metr yürüşdən sonra texniki xidmət üçün Rolls-Royce zavoduna qayıtdı. Bespoke ustaları və markanın mütəxəssisləri SRH-ni orijinal vəziyyətinə qayğı ilə bərpa etdilər.

Cərrahiyyə şöbəsinin tibb bacısı Linda Collins, qeyd etdi: "bu, bizim miniatür Rolls-Royce-ə Xidmət etmək üçün ideal bir andır, çünki biz məhdudiyyətlər rejimindən çıxırıq və pediatrik cərrahiyyə xidmətlərini bərpa edirik. Gənc pasiyentlərimiz yenə də bu avtomobillə əməliyyat otağına gedə biləcəklər. Bu, qarşıdan gələn prosedurun streslərindən yayınmağa kömək edir. Rolls-Royce Motor Cars-A sevimli kiçik avtomobilimizi mükəmməl vəziyyətdə saxlamağa kömək etdiyiniz üçün çox təşəkkür edirik".

FACEBOOK ŞƏRH YAZ