• Cəmiyyət • Gündəm

Millət vəkilləri şəhid jurnalistin ailəsini ziyarət ediblər

230
10-06-2021, 17:20

Bu gün Milli Məclisin deputatları Jalə Əhmədova və Tamam Cəfərova şəhid jurnalistlərin ailələrini ziyarət ediblər.

BAKU.NEWS bildirir ki, bu barədə deputat Jalə Əhmədova özü məlumat verib.

"Bu gün, deputat həmkarım Tamam Cəfərova ilə birlikdə Şəhid jurnalistlərin ailələrini ziyarət etdik. İşğaldan azad edilmiş Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən mina partlayışı nəticəsində həlak olmuş Sirac Abışovun (AzTV-nin operatoru) və Məhərrəm İbrahimovun (AZƏRTAC-ın müxbiri) ailə üzvləri ilə görüşdük. Hər iki ailənin problemləri ilə maraqlandıq, onların yanında olduğumuzu bildirdik. Allahdan Şəhid jurnalistlərimizə rəhmət, yaxınlarına isə səbr dilədik. Allah bütün Şəhidlərimizə rəhmət etsin, Amin", deyə millət vəkili qeyd edib.

FACEBOOK ŞƏRH YAZ