• Siyasət • Dünya • Sosial • Hadisə • Gündəm

Gümrüdə Paşinyan və Koçaryanın tərəfdarları arasında toqquşma oldu

50
9-06-2021, 22:35

Gümrüdə Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyanın tərəfdarları ilə keçmiş prezident Robert Koçaryanı dəstəkləyənlər arasında toqquşmalar olub.

BAKU.NEWS erməni mediasına istinadən xəbər verir ki, seçkiqabağı kampaniya çərçivəsində Gümrüyə gedən Paşinyan və tərəfdarları “Vardanants” meydanında mitinqdən sonra şəhərin mərkəzinəyürüş təşkiil ediblər. Paşinyanın tərəfdarları “Ayastan” blokunun qərargahı yaxınlığından keçərkən Koçaryanın tərəfdarları ilə əvvəlcə mübahisə baş verib. Daha sonra isə bu mübahisə davaya çevrilib.

“Ayastan” blokunun koordinatorlarından olan Karapet Poqosyan birinci olaraq Baş nazirin tərəfdarlarının başladığını iddia edib. O, həmin hadisənin görüntüsünü paylaşacağına da söz verib.

FACEBOOK ŞƏRH YAZ