• İdman • Gündəm

Daha bir idmançımız erməniyə qalib gəldi

117
7-06-2021, 14:45

Ukraynanın Odessa şəhərində keçirilən Qarışıq İdman Növləri üzrə Dünya Çempionatında iştirak edən Nicat Yusifov və Cəlal Cəlallı qalib gələrək dünya çempionu adını qazanıblar.

BAKU.NEWS xəbər verir ki, Nicat Yusifov finalda erməni əsilli rəqibi Qriqoryan Artura qalib gələrək 70 kiloqram çəki dərəcəsində dünya çempionu olub.

Çempionat iyunun 3-dən 6-a kimi davam edib. Qeyd edək ki, yarışda dünyanın 16 ölkəsindən 800 idmançı iştirak edib.

FACEBOOK ŞƏRH YAZ