• Mədəniyyət • Gündəm

Xalq artisti Məlik Dadaşovun doğum günüdür

181
7-06-2021, 08:56

Xalq artisti, teatr və kino aktyoru Məlik Dadaşovun doğum günüdür.

BAKU.NEWS-un məlumatına görə, Məlik Dadaşov 1924-cü ildə Bakıda doğulub. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu bitirdikdən sonra M.Əzizbəyov adına Akademik Dram Teatrında işə başlayıb və burada ilk dəfə "Ailə namusu" pyesində oynayıb.

Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf edib.

M.Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. Aktyor “Axırıncı aşırım”, “Bir qalanın sirri”, “Dəli Kür”, “Fəryad”, “Böyük dayaq”, “İstintaq davam edir”, “Uşaqlığın son gecəsi”, “Koroğlu”, “Ulduz”, "İyirmialtılar", "Ulduzlar sönmür" və s. filmlərdə rol alıb.

O, U.Şekspirin "On ikinci gecə", L.Tolstoyun "Canlı meyit", S.Vurğunun "Fərhad və Şirin", Ş.Qurbanovun "Sənsiz", İ.Qasımovun "Nağıl başlananda" və digər tamaşalarda da maraqlı obrazlar yaradıb. Ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında işləyib.

M.Dadaşov 1996-cı ildə Bakıda vəfat edib.

FACEBOOK ŞƏRH YAZ