• Dünya • İdman • Gündəm

"Komandamdan üzr istəyirəm" - Lüis Hemilton

117
6-06-2021, 20:11

"Təbii ki, bu, mənim üçün ibrətamiz təcrübədir. İlk "10-luğ"a qayıtmaq üçün çalışdıq və çox əziyyət çəkdim. Amma yekunda məğlub oldum".

BAKU.NEWS-un məlumatına görə, bu fikirləri "Formula 1" üzrə Azərbaycan Qran-prisində 15-ci yeri tutan "Mercedes"in pilotu Lüis Hemilton deyib.

7 qat dünya çempionu nəticəyə görə komandasından üzr istəyib: "Məni bağışlayın. Bu gün bəxtimiz gətirmədi. Amma geri dönməyə və növbəti yarış üçün daha da güclənməyə çalışacağıq".

Qeyd edək ki, "Red Bull"un sürücüsü Serxio Peres Azərbaycan Qran-prisinin qalibi olub.

FACEBOOK ŞƏRH YAZ