• Dünya • Mədəniyyət • Gündəm

Ramzan Kadırov sənədli film müəllifi olacaq

257
31-05-2021, 11:41

Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırovla ortaq şəkildə sənədli filmin müəllifləri olacaqlar.

BAKU.NEWS bildirir ki, bu barədə nazir özü TASS-a məlumat verib.

O, bildirib ki, sənədli film Çeçenistan ərazisindəki tarixi mədəniyyət abidələrinə həsr olunacaq.

Kadırov isə öz növbəsində qeyd edib ki, respublika ərazisindəki tarixi-mədəni irsin qorunub saxlanması üzrə genişmiqyaslı plan hazırlanır və yaxın vaxtlarda onun icrasına başlanacaq.

FACEBOOK ŞƏRH YAZ