• İqtisadiyyat • Gündəm

Bakıda baş verən tıxacın əsas SƏBƏBİ AÇIQLANDI

701
25-05-2021, 10:01

Neftçilər prospekti ilə Əziz Əliyev küçəsinin kəsişməsində Bakı Nəqliyyat Agentliyinə əvvəlcədən məlumat verilmədən dəyişiklik edilib. Belə ki, Ə.Əliyev küçəsindən gələn nəqliyyat vasitələrinin Neftçilər prospekti-Dəniz vağzalı istiqamətində geriyə dönmə yeri bağlanıb. “Azneft” dairəsi istiqamətində isə yol daraldılıb. Nəticədə qeyd olunan hissədə «butulka effekti» yaranıb.

Bu barədə BAKU.NEWS-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlkumat verib.

Onun sözlərinə görə, bu səbəbdən də səhər saatlarından hazırki vaxtadək Neftçilər prospekti, Z.Əliyeva, Ü.Hacıbəyov, Y.Səfər, A.Cəlillov, eləcə də digər mərkəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaranıb.

"Bir daha bildiririk ki, paytaxt ərazisində nəqliyyat vasitələrinin hərəkətində hər hansı bir dəyişiklik planlı və Bakı Nəqliyyat Agentliyi ilə razılaşdırılmaqla həyata keçirilməlidir. Müvafiq razılaşdırma və koordinasiyasız olunan dəyişiklik bu cür xoşagəlməz nəticələrə səbəb olur. Bu isə hərəkət iştirakçılarının, xüsusən də ictimai nəqliyyat istifadəçilərinin lüzumsuz yerə tıxacda qalaraq vaxt itirməsi deməkdir", deyə BNA rəsmisi əlavə edib.



FACEBOOK ŞƏRH YAZ