• Dünya • İdman • Gündəm

“Lester” tarixində ilk dəfə İngiltərə kubokunu qazandı

107
15-05-2021, 23:14

Futbol üzrə İngiltərə Federasiya Kubokunda 2020/21 mövsümünün qalibi müəyyənləşib.

BAKU.NEWS xəbər verir ki, həlledici oyunda “Çelsi” ilə “Lester” komandaları qarşılaşıb.

Final matçının taleyini bir qol həll edib. Yuri Tilemans 63-cü dəqiqədə vurduğu qolla “Lester”i kubokun qalibinə çevirib.

Qeyd edək ki, “Lester” tarixində ilk dəfə bu turnirin qalibi olur.

Rekord isə 14 dəfə çempion olmuş “Arsenal”a məxsusdur.

FACEBOOK ŞƏRH YAZ