• İqtisadiyyat • Gündəm

Birinci milli “CEO Award Azerbaijan” müsabiqəsi başlayır

147
7-05-2021, 17:12

Birinci milli “CEO Award Azerbaijan” müsabiqəsi çərçivəsində Azərbaycanda 2021-ci ilin ən tanınan 25 top-menecerini seçilərək mükafatlandırılacaq.

BAKU.NEWS xəbər verir ki, bu barədə “Caspian Energy Club”un sədri və baş icraçı direktoru Telman Əliyev deyib.

Qaliblər 19 iyun – 4 iyul tarixləri arasında müstəqil beynəlxalq onlayn platformada keçirilən səsvermə əsasında müəyyən ediləcək. Respondentlər “www.ceo.award.az” saytında namizədlərə səs verəcək. Onu da qeyd edək ki, müsabiqədə Azərbaycanda çalışan milli və xarici şirkətlərin sahibləri və rəhbərləri iştirak edəcək. Respondentlər, həmçinin “CEO Award Azerbaijan” müsabiqəsinin iştirakçılarının şəklinə klikləyərək onların rəhbərlik etdiyi şirkət və ya təşkilatın veb-saytına keçid vasitəsilə ətraflı məlumat əldə edə biləcəklər. Səsvermənin nəticələri iyulun 8-də onlayn formatda (“Zoom” platformasında) elan ediləcək.

“CEO Award Azerbaijan” milli müsabiqəsinin məqsədi Azərbaycanın dövlət və özəl sektorunda çalışan ən tanınan şirkət sahibləri və rəhbərlərini müəyyən etməkdir. Biz, həmçinin, kiçik və orta biznesi təmsil edən sahibkarlar haqqında məlumatları geniş ictimaiyyətə çatdırmaq istəyirik”, - deyə T.Əliyev qeyd edib.

Müsabiqədə iştirak üçün iyunun 12-dək təşkilati ödəniş edərək qoşulmaq olar.

Sıralarında 50 ölkədən 5000-dən çox şirkət və təşkilatı birləşdirən “Caspian Energy Club” 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan klubun məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir. Biznes-netvorkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən klubun Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

FACEBOOK ŞƏRH YAZ