• Siyasət • Dünya • Gündəm

Qırğızıstan prezidenti münaqişəyə səbəb olan su şəbəkəsi ilə bağlı göstəriş verdi

47
7-05-2021, 00:50

Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin cənubundakı Batken bölgəsindəki Ak-su çayı üzərindəki Qolovnoy su paylama şəbəkəsinin və bu şəbəkənin təhlükəsizliyini təmin edən hərbi birləşmənin qaldığı kazarmanın modernizasiya ediləcəyini açıqlayıb.

BAKU.NEWS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bunu sözügedən şəbəkəni mühafizə edən Bujum hərbi kazarmasını ziyarət edərkən deyib.

“Dövlət silahlı qüvvələrinə qarşı bütün sosial məsuliyyətlərini yerinə yetirəcək və mövcud problemlərin həllini prioritet olaraq görməkdə davam edəcək”, - prezident vurğulayıb.

Səfərdən sonra Japarov əlaqədar dövlət qurumlarına modernizasiya ilə bağlı təlimatlar verib.

O, Qırğızıstan-Tacikistan arasında baş verən münaqişədən əziyyət çəkən sərhəd kəndləri Maksat, Kulundu və Orto-Bozu da ziyarət edərək, bölgə əhalisi ilə bir araya gəlib.

Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində aprelin 27-də başlayan gərginlik aprelin 28-də qarşıdurmaya çevrilib. 27 mindən çox sakinin təxliyyə edildiyi Qırğızıstan tərəfində 183 nəfər yaralanıb, üçü əsgər olmaqla, 36 nəfər həyatını itirib.
Bölgədə 120 ev, 84 ictimai əhəmiyyətli bina, 27 yanacaqdoldurma məntəqəsi, 34 iş yeri zədələnib və ya yararsız hala düşüb.

Tacikistanda isə doqquzu əsgər olmaqla, 19 nəfər ölüb, 88 nəfər yaralanıb.

İki qonşu dövlət arasındakı qarşıdurma mayın 1-də müzakirələr yolu ilə dayandırılıb.

FACEBOOK ŞƏRH YAZ