• İqtisadiyyat • Gündəm

"Azərsu" ASC Köçərli Həsənova həvalə edildi

321
6-05-2021, 14:34

Xəbər verdiyimiz kimi, 04 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov vəzifəsindən azad olunub.

BAKU.NEWS Unikal.org-a istiandla bildirir ki, hazırda Q.Hüseynovun səlahiyyətləri Köçərli Həsənova həvalə edilib. Onu kollektivə Baş nazirin müavini Yaqub Eyyubov təqdim edib.

Qeyd edək ki, Köçərli Həsənov "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.

FACEBOOK ŞƏRH YAZ