• Dünya • Gündəm

Gürcüstanda tətil elan edilib

31
4-05-2021, 08:31

Bu gündən Gürcüstanda yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısını almaq məqsədi ilə ölkə miqyasında tətil elan edilib.

BAKU.NEWS APA-ya istinadla bildirir ki, müvafiq qərar Gürcüstan Baş nazirinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Kordinaisya Şurası tərəfindən qəbul edilib.

Qərara əsasən, tətil mayın 11-dək davam edəcək. Hökumət bu müddət ərzində dövlət və özəl müəssisələrə distant qaydada fəaliyyət göstərməyi tövsiyə edib.

Qeyd edək ki, Gürcüstanda mayın 3-dən 12-dək ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Məhdudiyyət şəhərlərarası sərnişin daşımalarına şamil edilməyib.

FACEBOOK ŞƏRH YAZ