• Dünya • Səhiyyə • Gündəm • Koronavirus

ÜST 2022-ci ildə peyvənd üçün lazım olacaq məbləği açıqladı

52
3-05-2021, 23:35

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünyanın yetkinlik yaşına çatan əksər əhalisinin peyvənd olunması üçün gələn il tələb olunacaq məbləği açıqlayıb.

BAKU.NEWS TASS-a istinadən xəbər verir ki, ÜST rəhbəri bu rəqəmin 35-45 milyard dollar arasında dəyişəcəyini proqnozlaşdırıb.

Qebreyesus əlavə edib ki, son 2 həftədə dünyada pandemiyanın ilk altı ayına nisbətən daha çox koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alınıb. Bu rəqəm xüsusilə Hindistan və Braziliyada yüksəkdir.

FACEBOOK ŞƏRH YAZ