• Cəmiyyət • Gündəm

Gecə paltarında evdən qaçan gənc axtarılır

112
3-05-2021, 17:00

Bakıda itkin düşən 29 yaşlı gənc axtarılır.

BAKU.NEWS “Qafqazinfo”a istiandla xəbər verir ki, Taryel Vəliyev mayın 1-i gecə saatlarında Binəqədi qəsəbəsində yaşadığı evdən çıxaraq gedib.

Yaxınlarının sözlərinə görə, psixoloji problemləri olan T.Vəliyev gecə saat 3 radələrində gecə paltarı ilə tərlik geyinərək evdən gedib. Dünən onu Binəqədi rayonu ərazisində görənlər olub. Hazırda axtarışları davam etdirilir.

T.Vəliyev daha öncə də evdən qaçıbmış. Onu görənlərdən 102 xidmətinə məlumat verməsi xahiş olunur.

FACEBOOK ŞƏRH YAZ