• Cəmiyyət • Gündəm

Hər bir gəncin qəlbinə yol tapmış AZAD adam!

857
1-05-2021, 23:45

Ötən gündən bəri hamı möcüzə gözləyirdi, hamı Azad Rəhimovun yenidən ayağa qalxacağına ümid bəsləyirdi. Lakin ölüm haqqdır. Hər kəs bu müvəqqəti dünyadan nə vaxtsa əbədi dünyaya köçəcək. Tarix öz səhifələrinə düşə biləcək şəxsiyyətləri seçmir, yaradır. Nə yaxşı ki, Azad Rəhimov kimi şəxsiyyətlərdən biri məhz Azərbaycan xalqının qismətinə düşdü.

Əksər gənclər çox böyük bir qürur hissi duyur ki, həyatı nəsillərə nümunə olacaq bir şəxsiyyətlə eyni dövrdə yaşayıblar, Azad Rəhimov kimi insanlar ölmürlər, onlar doğulurlar, sonra isə əbədi yaşayırlar. Onların adları əziz olur, gənc nəsillərə nəcib hisslər aşılayır, tərbiyə məktəbimiz olur.

Azad Rəhimov hər bir gəncin ürəyinə yol tapmış şəxsiyyətlərdən sayılır. O həm də jurnalistlərin ən yaxın dostu, sirdaşı idi. Hər dəfə tədbirdən sonra jurnalistlərə yaxınlaşar, onlarla maraqlanar, media nümayəndələrinin istədiyi sualları cavablandırardı. Onun bu qədər səmimi olmağı hər kəslə mehriban ünsiyyət qurmağı nə qədər ali cənab olduğunu sübüt edirdi.  

Hər bir gəncin Azad Rəhimov haqqında xoş xatirələri var. 56 illik ömrü ilə hər bir gəncin qəlbinə yol tapmışdı. 

Allah rəhmət eləsin!
Qəbriniz daima nurla dolu olsun AZAD adam !

Orxan Kərimov

FACEBOOK ŞƏRH YAZ