• Mədəniyyət • Gündəm

Bakı Dövlət Sirki 75 ildən sonra ilk

323
29-04-2021, 17:04

Bakı Dövlət Sirki 75 ildən sonra ilk milli truppa və orkestr heyətini yaradır.

BAKU.NEWS bildirir ki, bu məqsədlə Bakı Dövlət Sirki istedadına güvənən 18-29 yaşınadək olan gəncləri, tələbələri və ixtisaslı şəxsləri müsabiqəyə dəvət edir.

Azərbaycanda və xaricdə təhsil almış musiqiçi, gimnast, akrobat, güləşçi, pəhləvan, kəndirbaz, kloun, jonqlyor və digər istedadlı gənclər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman

Akademiyası, Bakı Xoreoqrafiya Akademiyasının məzunlarının iştirakı arzuolunandır.

Namizədlər öz tərcümeyi-hallarını (CV) və  nümayiş  etdirəcəkləri  janra uyğun qısa video materialı  [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Həmçinin məlumatları (+99450) 204 04 54 “WhatsApp” nömrəsinə göndərmək mümkündür.

Eyni zamanda müsabiqədə iştirak etmək istəyən şəxslər Bakı Dövlət Sirkinin aşağıda göstərilən  sosial şəbəkələri  vasitəsilə əlaqə saxla bilərlər.

Facebook linki : https://www.facebook.com/bakidovlet.sirki.3/photos
Instagram linki: https://www.instagram.com/bakucircusofficial/?igshid=x0dscccyx87u

FACEBOOK ŞƏRH YAZ