• Mədəniyyət • Hadisə • Gündəm

Arif Quliyev ECMO cihazına qoşulub

302
28-04-2021, 19:48

Koronavirusa yoluxan Xalq artisti Arif Quliyev ECMO cihazına qoşulub.

BAKU.NEWS xəbər verir ki, bu barədə Xalq artistinin oğlu Rövşən Quliyev məlumat yayıb.

O bildirib ki, atasının vəziyyəti ağır olaraq qalır.

R.Quliyev atasının səhhətini diqqət mərkəzində saxladıqları üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, A.Quliyevin müalicəsi "Yeni Klinika"nın Reanimasiya şöbəsində davam edir. Həkimlər Xalq artistinin ağciyərlərinin 99%-nin zədələndiyini bildirirlər.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

FACEBOOK ŞƏRH YAZ