• İqtisadiyyat • Gündəm

Rolls-Royce Motor Cars ilə Hermes yeni “PHANTOM ORİBE”-ni yaratdılar - FOTOLAR

419
28-04-2021, 10:04

"Bizim flaqmanımızın bu gözəl versiyasının yaradılması Rolls-Royce Motor Cars tarixində mühüm hadisədir. Bu avtomobil özündə iki dəbdəbəli evin xüsusiyyətlərini birləşdirmişdir, hansıların ki, toplam üç yüz ildən artıq təcrübəyə və irsə malikdir.

Bu Phantom Rolls-Royce və Hermes evləri arasında əməkdaşlıq nəticəsində olmuşdur: hər iki markanın materialları üzrə dizaynerlər və mütəxəssislər onun yaradılması üçün əl-ələ işləmişdir. Bizim üçün həm Kreativ, həm də texniki nöqteyi-nəzərdən mürəkkəb olan bu layihə çərçivəsində Hermeslə birlikdə işləmək və müştərinin ideyasını birgə həyata keçirmək şərəf idi"-  Torsten Müller-Otvos, Rolls-Royce Motor avtomobillərinin icraçı direktoru.

"Bu bənzərsiz Phantom - Qərblə Şərqin qədimliyin və müasirliyin, əmin-amanlığın və zövqün qovuşmasıdır. Hermes ilə birlikdə işləyərkən bir-birimizdən çox şey öyrəndik, bu böyük bir mədəni və yaradıcılıq mübadiləsi idi. Bir müştəri bizə cəsarətli, aydın və yaradıcı bir fikirlə yaxınlaşanda hər zaman məmnun qalırıq və bu cür mükəmməl təcəssümü görmək xüsusilə həyəcanlıdır" - Maykl Braiden, layihə dizayneri, Rolls-Royce Bespoke Collective.

Hermes ilə əməkdaşlıq nəticəsində Rolls-Royce Motor Cars bənzərsiz Phantom yaratmışdır. Phantom Oribe - Yaponiyalı iş adamı Yusaku Maezawa'nın xarakterini və hobbisini əks etdirir. Avtomobil hava ilə səyahət etdiyi zaman, eyni sakit atmosferin hökm sürdüyü "yerüstü Jet" kimi nəzərdə tutulmuşdur.

Avtomobilin ikirəngli gövdəsi cənab Maezavanın kolleksiyasında olan Oribe üslubunda antik Yapon keramikasının yaşıl və açıq bej çalarlarından ilhamlanmışdır. Yuxarı hissə Oribe Green-in yaşıl çalarlarında yerinə yetirilmişdir-bu boya müştərinin sifarişi ilə xüsusi olaraq hazırlanmışdır. İstisna olaraq, Rolls-Royce, xüsusi jetin avtomobilin tonuna boyanması üçün Sifarişçi ilə boya paylaşıldı. XVI əsrin keramikasının xüsusiyyətlərini özündə əks etdirən bu çaların işlənməsi bir neçə ay çəkdi. Avtomobilin aşağı hissəsinin rəngləndiyi krem rəngi bu çaları nəcib şəkildə tamamlayır. 
Salon, əsasən sükan, qapıların içi, sürət dəyişmə qolu və iqlim tənzimləyiciləri kimi müştərinin toxunduğu əsas səthlərlə Hermes dərisi ilə işlənmişdir. O, həmçinin ön panelin yuxarı hissəsini, qoltuqaltı, yük yerinin rəfini, həmçinin bardaçok (aksesuarlar üçün nəzərdə tutulmuş daxili qapaqlı bölməsi) və yük bölməsini əhatə edir. İki komanda arasındakı əməkdaşlıq və qarşılıqlı hörmət əlaməti olaraq bardaçok bölməsinin qapağı baskılı Habillé par Hermès Paris yazıları ilə bəzədilibdir.                  

Arxa oturacaqdakı baş dayaqları və yastıqlı ayaq dayaqları Hermes kantı ilə tamamlanır. Dəniz qabığı rəngli ağ quzu yun xalçaları salonda yer və işıq hissi yaradır.

Hermès-in atçılıq irsi bu avtomobilin salonunda öz əksini tapır: dəri döşəmə tikişlərdən və əvvəlcə yəhərçilərin istifadə etdiyi bir rəngləmə texnikasından istifadə edərək yaradılmışdır. Ön paneldəki Phantom Qalereyasında, Hermes üçün bir çox əfsanəvi dizaynı yaratmış məşhur fransız rəssamı və illüstratoru Pierre Peron (1905-1988) əsərləri əsasında Hermes tərəfindən sifariş edilmiş bir kompozisiya yerləşdirilmişdir. Məşhur Hermes atçılıq motivlərindən ilham alan bu kompozisiya kral qoz ağacının üzərində çəkilib.







FACEBOOK ŞƏRH YAZ