• Mədəniyyət • Gündəm

Arif Quliyevin vəziyyəti hələ də ağırdır

290
27-04-2021, 13:39

“Xalq artisti Arif Quliyevin tənəffüs parametləri qənaətbəxş deyil”. 

BAKU.NEWS xəbər verir ki, bu barədə “Qafqazinfo”ya açıqlamasında A. Quliyevin müalicə olunduğu “Yeni Klinika”nın reanimatoloqu Emil Qasımov bildirib.

Onun sözlərinə görə, komediya aktyorunun vəziyyəti ağır olaraq qalır: “Arif Quliyevin hazırda vəziyyəti ağır stabil olaraq davam edir.  Süni tənəffüs aparatına qoşulub.  Tənəffüs parametrləri qənaətbəxş deyil. Ancaq xəstə yaşayır. İntensiv müalicə davam edir”.

FACEBOOK ŞƏRH YAZ