• Cəmiyyət • Gündəm

Qubadlı sakinləri xaricdə Azərbaycan əleyhinə aparılan kampaniyaları kəskin pisləyir - VİDEO

1 286
21-04-2021, 10:50

Son günlər sosial şəbəkələrə Azərbaycan əleyhinə aparılan kampaniyalar, qarayaxmalar bir sıra qüvvələrin maraq dairəsinə çevrilib. Belə ki, xaricdən oturub ictimaiyyəti çaşdırmaq üçün müxtəlif saxta faktlar ortaya ataraq Azərbaycan dövlətinə həmçinin hüquq mühafizə orqanlarının adına ləkə gətirməyə cəhd edirlər. 

Qurban MəmmədovƏrəstin Oruclu kimilər Azərbaycan gəncliyinə o cümlədən ikinci Qarabağ döyüşlərində qalib çıxan müzəffər Azərbaycan ordusuna iftira atmaqla kifayətlənmirlər. Bununla belə onlar illər öncə baş vermiş Tərtər hadisələrini yenidən gündəmə gətirməklə ictimaiyyət arasında daha da çaşqınlıq yaratmağa cəhd göstərirlər. Bu qüvvələr ikinci Qarabağ döyüşlərində böyük qəhrəmanlıqlar gsötərmiş general Mais Bərxudarovu,Hikmət Həsənovu, şəhid Həmid Şükürova və başqalarına iftira ataraq yalan informasiya yayırlar. Hətta Qubadlı sakinlərinin bu hadisələrə etiraz etməyə çağırışlar edir.

BAKU.NEWS olaraq çəkiliş qrupumuz Sumqayıtda yerləşən Qubadlı sakinləri ilə görüşüb Onların fikirlərini öyrənib.

Qubadlı sakinləri bir mənalı olaraq Azərbaycan əleyhinə aparılan kampaniyalara, ölkəmizin hüquq-mühafizə orqanlarının adına ləkə gətirəcək həmçinin respublika hərbi prokurorluğunun ünvanına səslənən saxta ittihamların sifaişli olduğunu və heç bir fakta söykənmədiyini bildiriblər. Onların niyyəti belə bir vaxtda Tərtər hadisələrini qəsdən ortaya atmaqla ölkəmizdə olan əmin-amanlığı, sakitçiliyi pozmaq, vətəndaşlar arasında narazılıq yaratmaqdan ibarətdir. Qubadlıdan olan ziyalılar bildirirlər ki, bütün bunların yeganə səbəbi Müzəffrər Azərbaycan Ordusunun Ali Baş Komandanının rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad edilməsini həzm etməməkdən irəli gəlir.










FACEBOOK ŞƏRH YAZ