• Gündəm • Mədəniyyət

“Art Tover” rəsm qalereyasında növbəti sərgi Xocalı qurbanlarının xatirəsinə həsr olunub

125
26-02-2019, 14:15

Fevralın 26-da İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında Xocalı soyqırımının 27-ci ildönümü münasibətilə rəsm sərgisi açılıb.

Baku.News AZƏRTAC- a istinadən xəbər verir ki, sərgidə azərbaycanlı rəssam Nazim Məmmədov və fransalı rəssam Reno Baltzingerin əsərləri nümayiş olunur.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Rəsm Qalereyası və “Arts Council Azerbaijan”ın birgə təşkilatçılığı ilə reallaşıb.

Sərgi martın 2-dək davam edəcək.

FACEBOOK ŞƏRH YAZ