• Sosial • Qarabağ • Gündəm • Hərbi

"Əsgərə Xatirə Kitabı" Layihəsinin rəhbərliyi Müdafiə Naziri tərəfindən mukafatlandırıldı - FOTOLAR

1 601
16-04-2021, 19:22

Bununla bağlı Müdafiə Nazirliyində tədbir kiçirilib.

"Vətən müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna göstərdiyi maddi və mənəvi dəstəyə, qayğı və diqqətə görə" müdafiə naziri, general-polkovnik Zakir Həsənovun imzası ilə "Əsgərə Xatirə Kitabı" Layihəsi İdarə Heyətinin bir qrup üzvü Fəxri Fərmanla təltif edilib.

Fəxri Fərmanları təqdim etmək üçün laureantlar Müdafiə Nazirliyinə dəvət edilərək, tədbir keçirilib. Dövlət himnimizin səslənməsindən sonra tədbiri giriş sözü ilə polkovnik Elvin Əzizov açaraq, müdafiə naziri Zakir Həsənovun və nazir müavini Kərəm Vəliyevin adından tədbir iştirakçılarını salamladı və mukafata layiq görülən şəxsləri Vətən müharibəsi dövründə arxa cəbhədə göstərdiyi xidmətlərə görə təşəkkürünü çatdırdı.

Sonra Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi Anar Eyvazov, Nazirliyin əməkdaşı Namiq  Cavadov çıxış etdikdən sonra, Nazir Zakir Həsənovun əmri oxunaraq, mukafata layiq görülənlərin adları elan olundu.

Mukafatlar təqdim edildikdən sonra "Əsgərə Xatirə Kitabı" Layihəsinin icrası direktoru Məltəm xanım Şixəliyeva, millət vəkili, YAP Gənclər Birliyinin sədri Cəbi Quliyev və Hədəf liseyinin direktoru, "Qələbəyə Dəstək Hərəkatı"nın rəhbəri Şəmil Sadıq çıxış edərək onlara göstərilən diqqətə görə Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildirərək, hər zaman müzəffər Ordumuzun yanında olduqlarını bəyan etdilər.

Daha sonra  "Əsgərə Xatirə Kitabı"nın Layihə rəhbəri Nuranə xanım Şixəliyevaya söz verildi. O, çıxışına başlamazdan əvvəl ərazi bötölüyümüzü tərənnüm edən Azərbaycan Respublikasının xəritəsini əks etdirən böyük lövhəni Müdafiə Nazirliyinin rəsmilərinə təqdim etdi. Nuranə xanım çıxışında bunları bildirdi: "Allah şahiddir ki, II Vətən müharibəsi dövründə Orduya dəstəkyə görə "Əsgərə Xatirə Layihəsi"nin komandası, təbliğat təşfiqat qrupunun güc birliyi ilə etdiyim hər bir işi nəyəsə xatir etməmişəm. Hamı kimi sidq ürəklə bu və ya digər formada - istər döyuşlər gedən torpaqlarımızda, istər diaspor təşkilatı kimi diplomatik nümayəndələrin məlumatlandırma kampaniyalarında, istər orduya dəstək işlərində və s. bacardığım qədərilə bütün gücümlə, Ordumuzun, Dövlətimizin yanında olmağa çalışmışam. Bir sözlə, Vətən və dövlət qarşısındakı müqəddəs borcumu qismən də olsa ödəməyə cəhd etmişəm.  Nə dərəcədə öhdəsindən gəlmişəm bilmirəm. Ancaq görünən odur ki, Dövlətimiz böyüklü kiçikli heç kimin əməyini diqqətdən kənarda qoymur. Kiçik işlərimizə görə bizlərə böyük dəyər verdiyiniz üçün sizlərə sonsuz minnətdarıq, cənab Nazir! Canımızla, qanımızla, zehni əməyimizlə bundan sonra da Vətənimizə, dövlətimizə, xalqımıza təmənnasız xidmət edəcəyik! Mənimlə bərabər apardığımız dəstək kampaniyasina qoşulan "Əsgərə Xatirə Layihəsi"nin zərif qəhrəmanları, cəsur igidləri, ölkədə olan və ölkədən kənar yaşayan soydaşlarımıza,Türk qardaş, bacılarımıza, bir sözlə, əməyi olan hər kəsə dərin minnətdarlığımı bildirirəm! 
Var olsun Azərbaycan, yaşasın Qüdrətli Ordumuz!
Büsbütün bu can, olsun Xalqıma qurban!
Həyatımız boyu borclarını ödəyə bilməyəcəyimiz bütün şəhidlərimizə Allahdan rəhmət diləyərək, pak ruhları qarşısında baş əyirəm!
Yaşasın müzəffər Ordumuz!
Eşq olsun muzəffər Ordu və Xalq birliyinə!
Yaşasın müzəffər Ordu və xalq birliyinə rəhbərlik edən Ali Baş Komandanımız Cənab İlham Əliyev!"


Bununla da mukafatlandırma mərasimi başa çatmışdır. 

FACEBOOK ŞƏRH YAZ