• Dünya • İdman • Hadisə • Gündəm

UEFA rusiyalı referini futboldan kənarlaşdırdı

106
15-04-2021, 20:56

UEFA Rusiyanın FİFA dərəcəli hakimi Sergey Lapoçkini cəzalandırıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə 39 yaşlı referinin 90 gün müddətinə futboldan kənarlaşdırıldığı diqqətə çatdırılıb.

Qeyd edək ki, 2018-ci ildə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Ventspils” (Latviya) – “Bordo” (Fransa) matçından (0:1) əvvəl bəzi şəxslər Lapoçkindən oyunun nəticəsini manipulyasiya etməsini istəyiblər. Baş hakim buna razılıq verməsə də, UEFA nümayəndələrini məlumatlandırmayıb.

FACEBOOK ŞƏRH YAZ