• Siyasət • Dünya • Gündəm

ABŞ 10 rusiyalı diplomatı deportasiya edəcək

40
15-04-2021, 18:40

ABŞ Prezidenti Co Bayden kiberhücum cəhdi və president seçkilərinə müdaxilə ilə əlaqəsi olan 10 rusiyalı diplomatın deportasiya ediləcəyini açıqlayıb.

BAKU.NEWS xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Xəzinə Nazirliyi isə Rusiya iqtisadiyyatını hədəf alan bir sıra sanksiya qərarını açıqlayıb.

Diplomatların deportasiyası və sanksiyalar ABŞ-ın “SolarWinds” kiberhücum cəhdi səbəbindən Kremlə qarşı ilk həmləsi olmaq xüsusiliyinə malikdir.

Qeyd edək ki, Rusiya ilə əlaqəli olduğundan şübhələnilən kompüter hakerlərinin ötən ilin dekabrında “SolarWinds” adlı proqram təminatı şəbəkə və sistem infrastrukturunu idarə edən bir  proqram təminatına yerləşdirdikləri kodlarla aralarında ABŞ Xəzinə Nazirliyi, Ticarət Nazirliyi və Ədliyyə Nazirliyinin də olduğu çox sayda federal qurumun kompüter sistemlərinə sızdığı üzə çıxmışdı.

ABŞ administrasiyası buna görə Rusiyanı ittiham etmişdi.

FACEBOOK ŞƏRH YAZ