• Siyasət • Gündəm

“Ermənistan nə özünə, nə də tarixinə güvənir”

45
15-04-2021, 17:13

“Qondarma “erməni soyqırımı” ilə bağlı Ermənistana ortaq komissiya yaratmaq barədə təklif vermişdik. Ermənistan nə özünə, nə də tarixinə güvənir, əksinə propaqandaya üstünlük verir”.

BAKU.NEWS-un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

ABŞ-ın yeni administrasiyası tərəfindən 24 aprel-qondarma “erməni soyqırımı”na hansı reaksiyanın olacağına dair suala cavabında XİN başçısı qeyd edib ki, deyiləcək hər hansı bir sözlə tarix dəyişməyəcək.

FACEBOOK ŞƏRH YAZ