• Maliyyə • Gündəm

Azərbaycanda bankomatlar vasitəsilə əməliyyatlar artıb

23
15-04-2021, 15:30

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bankomat və POS-terminallar da daxil olmaqla bir ödəniş terminalının payına düşən istifadəçi sayı 4 mini ötüb.

Bu barədə BAKU.NEWS-a Azərbaycan Mərkəzi Bankından bildiriblər.

Qeyd olunur ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 80 nəfər artıb.

Bir bankomatın payına düşən orta aylıq əməliyyatların sayı 2,8 minə, həcmi isə 660,4 min manata çatıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 faiz artıb.

Hesabat dövründə bankomat vasitəsilə keçirilən bir əməliyyatın məbləği orta hesabla 235,8 manata, POS-terminal vasitəsilə bir əməliyyatın məbləği 54,6 manata bərabər olub.

FACEBOOK ŞƏRH YAZ