• Sosial • Gündəm

Son üç ayda nazirlik 150,7 min elektron arayış verib

31
15-04-2021, 17:01

Yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 150,7 elektron arayış verilib.

Nazirlikdən BAKU.NEWS-a verilən məlumata görə, sosial sahə üzrə xidmətlərin elektronlaşdırılması proqramı çərçivəsində Nazirlik üzrə son iki ildə 30-dək e-arayış xidməti yaradılıb.

Beləliklə, vətəndaşlara əmək, məşğulluq, sosial müdafiə, sosial sığorta, əlillik, sosial təminat növləri, mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə arayışları hər hansı quruma müraciət etmədən, real vaxt rejimində e-qaydada əldə edə bilmək imkanı yaradılıb.

FACEBOOK ŞƏRH YAZ