• Dünya • Mədəniyyət • Şou-biznes • Gündəm

Entoni Hopkins ən yaxşı aktyor kimi BAFTA mükafatına layiq görüldü

336
12-04-2021, 01:00

Britaniya aktyoru Entoni Hopkins "Ən yaxşı kişi rolu" nominasiyası üzrə Britaniya Film və Televiziya İncəsənəti Akademiyasının (BAFTA) mükafatına layiq görülüb.

BAKU.NEWS xəbər verir ki, aktyor mükafatı rejissor Florian Zellerin "Ata" (“The Father”, 2020) dram filmindəki roluna görə qazanıb.

Bu, Entoni Hopkinsin üçüncü "bürünc maskası"dır. Daha əvvəl o "Kölgələr ölkəsi" (“Shadowlands”, 1993-cü il) və "Quzuların Sükutu" (“The Silence of the Lambs”, 1990-cı il) filmlərindəki rollarına görə Britaniya Film və Televiziya İncəsənəti Akademiyasının mükafatlarına layiq görülüb.

FACEBOOK ŞƏRH YAZ