• Texnologiya • Gündəm

Eyni "Whatsapp" profilini müxtəlif cihazlarda istifadə etmək mümkün olacaq?

26
9-04-2021, 16:33

Ən populyar mesajlaşma xidməti olan "WhatsApp", telefon nömrəsinə bağlanaraq tək bir cihazda istifadə edilə bilər. "WhatsApp" Veb tətbiqi sayəsində istifadəçilər masaüstündəki xidmətdən istifadə edə bilsələr də, bunun üçün cihazın aktiv bir internet bağlantısı olmalıdır. Lakin bu vəziyyət tezliklə dəyişmiş kimi görünür.

BAKU.NEWS xəbər verir ki, "WhatsApp"ın çox cihaz dəstəyi üzərində işləməsi barədə ilk iddialar keçən yay ortaya çıxmışdı. Bu xüsusiyyətin internet bağlantısı olmadan cihazınızda WhatsApp Veb istifadəsinə icazə verəcəyini iddia edir. Bundan əlavə, "WhatsApp"ın ən çox 4 cihazda istifadə edilə biləcəyi iddia edilir. "WhatsApp" istifadəçilərinin söhbət tarixçələrini iOS və Android platformaları arasında köçürmələri üçün bir üsul hazırda yoxdur. İstifadəçilər bunun üçün üçüncü tərəf tətbiqetmələrindən faydalana bilərlər, lakin WhatsApp bu metodların Xidmət Şərtlərini pozduğunu və təhlükəsiz olmadığını bildirir.

İndi gələcək yeniləmə ilə WhatsApp söhbət tarixçəsinin üçüncü tətbiqə ehtiyac olmadan iOS və Android platformaları arasında köçürülə biləcəyini söyləyir.

FACEBOOK ŞƏRH YAZ