• Cəmiyyət • Hadisə • Gündəm

Həbsxanaya narkotik keçirmək istəyən qadın saxlanıldı

21
8-04-2021, 20:33

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki Penitensiar Müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən BAKU.NEWS-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 126.2.4 və 93.1.2-ci maddələrinə əsasən təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrun edilmiş məhkum Abışov Amil Ərzuman oğluna Mingəçevir şəhər sakini Zeynalova Vüsalə Namiq qızı tərəfindən göndərilən sovqata baxış keçirilən zaman orada olan ayaqqabının daban hissələrində xüsusi üsulla gizlədilən 7 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,253 qram olan narkotik vasitə - heroin, ümumi çəkisi 4,322 qram olan narkotik maddə tiryək və ümumi çəkisi 4,6 qram olan narkotik vasitə - marixuana aşkar edilib.

FACEBOOK ŞƏRH YAZ