• Dünya • Səhiyyə • Gündəm • Koronavirus

Gürcüstanda “AstraZeneca” yalnız bu yaş qrupundan olan şəxslərə vurulacaq

24
8-04-2021, 20:34

Gürcüstanda “AstraZeneca” vaksini yalnız yaşı 55-dən yuxarı olan şəxslərə vurulacaq.

BAKU.NEWS gürcü mediasına istinadən xəbər verir ki, bu barədə brifinqdə gürcüstanın səhiyyə nazirinin müavini tamar Qabuniya bildirib. Onun sözlərinə görə, hazırkı mərhələdə sözügedən preparatla peyvənd proqramının genişləndirilməsi və onun digər yaş qrupundan olanlara tətbiqi planlaşdırılmır:

“Bu gün bir Mütəxəssislər Şurası Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət Mərkəzinin əməkdaşları ilə birlikdə məsələni müzakirə etdi və yalnız 55 yaşdan yuxarı insanların “AstraZeneca” ilə peyvəndə davam etmələrini tövsiyə etdi".
 
Qabuniya bildirib ki, immunizasiya şurası belə bir qərarı Avropa Dərman Agentliyinin, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “AstraZeneca”nın mümkün yan təsirləri barədə məlumatından sonra qəbul edib. Ekspertlər komitəsi, həmçinin, preparatın faydalarının müxtəlif kateqoriyalı xəstələr arasında müəyyən edilə biləcək bütün risklərdən çox olduğunu bir daha təsdiqləyib.

Nazir müavini “AstraZeneca”nın birinci mərhələsini etibarlı şəkildə keçmiş vətəndaşların ikinci dozaznı 8-12 həftə aralığında qəbul edə biləcəklərini açıqlayıb.

Qeyd edək kii, “AstraZeneca” Danimarka, Niderland, Norveçdə 60 yaşdan, Fransada 55 yaşdan, İsveç və İspaniyada 65 yaşdan yuxarı şəxslərə vurulur. 

FACEBOOK ŞƏRH YAZ