Rusiya Prezidenti Vladimir Putin və Almaniya Kansleri Angela Merkel rusiyalı müxalif blogger Aleksey Navalnı ilə bağlı vəziyyəti telefon danışığında müzakirə ediblər.
BAKU.NEWS xəbər verir ki, bu barədə Kremlin Mətbuat xidməti məlumat verib.
“Kansler tərəfindən göstərilən maraqla əlaqədar olaraq Navalnı ilə bağlı vəziyyətə toxunulub”,- deyə açıqlamada bildirilib.
Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.
Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.
Rus müxalif 23 sentyabr 2020-ci ildə “Şarite” xəstəxanasından buraxılmışdı. Yanvar ayında Rusiyaya qayıdan Navalnı orada tutularaq yenidən məhkəmə qarşısına çıxarılmışdı.
Moskvanın Simonovski şəhər məhkəməsi Navalnının “İv Roşe” işi üzrə şərti cəzasını ləğv edərək onu 3,5 illik real həbs cəzası ilə əvəz edib. Onun “İv Roşe" işi üzrə ev dustaqlığında keçirdiyi 1 il nəzərə alınaraq həbsxanada 2,5 il cəza çəkəcək.
• Siyasət
• Dünya
• Gündəm
Putinlə Merkel Navalnını müzakirə etdilər

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
Ramazanın 3-cü gününün duası: İmsak və iftar vaxtı
-
“Hər vətəndaş 40 günə 1 maska istifadə edir”
-
TƏBİB rəsmisindən koronavirusdan ölüm sayı ilə bağlı - AÇIQLAMA
-
Polşa və Rusiya diplomatları qarşılıqlı deportasiya etdilər
-
“Üçüncü dalğanın pik həddindəyik, bundan sonra yoluxma azalacaq”
-
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
-
Yunanıstan XİN rəhbəri Ankarada mətbuat konfransında qalmaqal yaratdı - VİDEO
-
UEFA rusiyalı referini futboldan kənarlaşdırdı
-
Makron, Merkel və Zelenski müzakirə aparacaq
-
Türkiyədə koronavirusdan ölüm sayında rekord
-
“Albert Rıjiy” dəfn olundu - FOTO
-
ABŞ 10 rusiyalı diplomatı deportasiya edəcək