• Cəmiyyət • Hadisə • Gündəm • Bölgə • Koronavirus

Daha bir COVİD-19 xəstəsi ictimai yerdə aşkarlandı

44
7-04-2021, 19:30

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.NEWS-a verilən məlumata görə, vətəndaş Tahir Mustafayevin COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları həmin şəxslə izahedici söhbətlər aparıb və onu yaşadığı ünvana geri qaytarıblar.

T.Mustafayev barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

FACEBOOK ŞƏRH YAZ