• Dünya • İdman • Gündəm

Arda Turan yenidən məhkəmə qarşısında

50
7-04-2021, 14:00

Müğənni Berkay Şahinin həyat yoldaşı Özləm Şahinə sataşmaqda günahlandırılan Arda Turan yenidən məhkəmə qarşısına çıxmalı olacaq.

BAKU.NEWS xəbər verir ki, buna səbəb Özləm Şahinin yenidən ulduz futbolçu barədə şikayət etməsi olub. 

Belə ki, bu gün məhkəmə baş tutmalı olsa da, Arda zədəli olduğu üçün ora gələ bilməyib. 2018-ci ildə baş verən hadisə ilə bağlı tək şahid olan Burak Yılmaz da prosesdə iştirakdan imtina edib. Fransada çıxış edən forvard yalnız mövsüm bitdikdən sonra məhkəməyə gələ biləcəyini deyib. 

Qeyd edək ki, bundan öncəki məhkəmə prosesində hakim Ardaya “cinsi təcavüz, “qorxu və panika yaradacaq şəkildə silahdan atəş açma”, “qanunsuz silah gəzdirmə”, “qəsdən adam yaralama” maddələri ilə 2 il 8 ay 15 gün həbs cəzası vermişdik. Lakin sonradan bu cəza İstanbul məhkəməsi tərəfindən ləğv edilmiş, Ardanın yalnız “cinsi təcavüz”ə görə ittiham edilə biləcəyini deyilmişdi. 

FACEBOOK ŞƏRH YAZ