Bu gün Dövlət Gömrük Komitəsində beynəlxalq yük daşımalarını həyata keçirən şirkətlərin nümayəndələri ilə görüş keçirilib.
BAKU.NEWS xəbər verir ki, görüşdə Dövlət Gömrük Komitəsi Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix və Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının nümayəndələri iştirak edib.
Tədbirdə Azəbraycan və Rusiya arasındakı gömrük-sərhəd keçid məntəqələrindən yük nəqliyyat vasitələrinin sərədkeçmə prosesləri, dövri olaraq yaranan növbələr, Rusiya tərəfdə Azərbaycan daşıyıcı şirkətlərinə qanunvericiliyin tətbiqi zamanı cərimələrin hesablanması, sürücülərin sərhəd-keçid məntəqələrində saxlanılması ilə bağlı məsələlər müzakirə olunub.
Qeyd olunub ki, hazırda gömrük-keçid məntəqələrində yenidənqurma işləri aparılır və bu il ərzində daha bir gömrük-keçid məntəqəsinin tikintisi başa çatdırılaraq istifadəyə verilməsi nəzərdə tutulur. Bu da sərhədkeçmə proseslərinin və yük daşımalarının sürətləndirilməsinə şərait yaradacaq.
Görüşdə Rusiyanın ölkəmizdəki səfirliyinin gömrük məsələləri üzrə müşaviri Georgiy Pesçanskix daşıyıcı şirkətlərin nümayəndələrinin gömrük, nəqliyyat və sərhədkeçmə prosesləri ilə bağlı suallarını cavablandırıb, onları narahat edən məsələlərin araşdırılacağını və mümkün köməyin göstəriləcəyini bildirib.
• İqtisadiyyat
• Gündəm
DGK-da şirkət nümayəndələri ilə görüş keçirilib

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
XİN-dən Minsk Qrupu həmsədrlərinin bəyanatına - Reaksiya
-
Erməni general ölüb
-
Sərbəst güləş yığmamızın Avropa çempionatı üçün heyəti
-
“Araz Supermarket” cərimələnib
-
Nigarın atası və anası koronavirusa yoluxub
-
Əhali 3 ayda 10 milyard manata yaxın pul xərcləyib
-
“Ermənistan nə özünə, nə də tarixinə güvənir”
-
ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
-
Son üç ayda nazirlik 150,7 min elektron arayış verib
-
Azərbaycanda COVID-19-dan ölənlərin sayı 4045 nəfərə çatıb
-
İndiyədək ölkədə 3068679 koronavirus testi aparılıb
-
Son sutkada 2317 nəfər COVID-19-a yoluxub, 36 nəfər vəfat edib