• İqtisadiyyat • Gündəm

Yeni sədr kollektivə təqdim edildi - Əhmədzadə də qatıldı

83
6-04-2021, 14:18

Ötən gün  Prezidentin sərəncamıyla Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə təyin edilən yeni  sədr Zaur Mikayılov kollektivə təqdim edilib.

BAKU.NEWS bildirir ki, bu barədə "Qafqazinfo"ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.

O qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamından irəli gələn tapşırıqların yerinə yetirilməsi məqsədilə baş nazirin müavini Şahin Mustafayev aprelin 5-də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində yeni sədr Zaur Mikayılovu kollektivə təqdim edib.

Onun sözlərinə görə, təqdimat prosesində qurumun keçmiş sədri Əhməd Əhmədzadə də iştirak edib.

FACEBOOK ŞƏRH YAZ