İctimai nəqliyyatda yeni tarif mexanizminin tətbiqinə başlanacağı ilə bağlı yazı dərc etmişdik. Mexanizmə əsasən, avtobus və metroda sərnişinlər gediş haqqını gedəcəkləri məsafəyə uyğun ödəyəcəklər. Bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilir. Sənədə əsasən bu sahədə “mütərəqqi beynəlxalq təcrübə” nəzərə alınacaq. Belə ki, qısa məsafəni gedən sərnişinlə uzun məsafəni gedən sərnişin eyni məbləği ödəməyəcək.
BAKU.NEWS bildirir ki, “Bakı Metropoliteni” QSC Bizim.Media-nın bununla bağlı rəsmi sorğusunu cavablandırıb.
“İctimai nəqliyyatda yeni tarif mexanizmlərinin, o cümlədən gediş haqqının ödənilməsi sistemlərinin dəyişdirilməsi ilə bağlı məsələlərlə əlaqədar qaldırdığınız suala cavab olaraq bildiririk ki, Bakı metropolitenində gediş haqqı 2015-ci il avqust ayının 8-dən “BakıKart” vahid ödəniş sistemi ilə tətbiq edilir.
Həmçinin bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 12.02.2021-ci il tarixli Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan İnvestisiya Holdinqinin idarəedilməsinə verilib.
Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin 30 mart 2021-ci il tarixli Sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində Müşahidə Şurası təsis edilib.
Ölkə başçısının “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 27 fevral tarixli 289 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” 30 mart 2021-ci il tarixli digər Sərəncamı ilə Cəmiyyətin fəaliyyətinə ümumi nəzarəti və rəhbərliyi həyata keçirməklə müəssisənin uzunmüddətli inkişaf strategiyasını təsdiq etmək vəzifəsi Müşahidə Şurasına tapşırılıb.
Məlumat üçün bildiririk ki, “Bakı Metropoliteni” QSC hazırda gediş haqqının ödənilməsi qiymətlərinə yenidən baxılması ilə bağlı Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasına müraciət ünvanlamayıb”.
• İqtisadiyyat
• Gündəm
Bakı metrosunda gediş haqqı məsafəyə görə müəyyən olunacaq?

FACEBOOK ŞƏRH YAZ
AKTUAL
-
TƏBİB rəsmisindən koronavirusdan ölüm sayı ilə bağlı - AÇIQLAMA
-
“Üçüncü dalğanın pik həddindəyik, bundan sonra yoluxma azalacaq”
-
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
-
Yunanıstan XİN rəhbəri Ankarada mətbuat konfransında qalmaqal yaratdı - VİDEO
-
UEFA rusiyalı referini futboldan kənarlaşdırdı
-
Makron, Merkel və Zelenski müzakirə aparacaq
-
Türkiyədə koronavirusdan ölüm sayında rekord
-
“Albert Rıjiy” dəfn olundu - FOTO
-
ABŞ 10 rusiyalı diplomatı deportasiya edəcək
-
XİN-dən Minsk Qrupu həmsədrlərinin bəyanatına - Reaksiya
-
Erməni general ölüb
-
Sərbəst güləş yığmamızın Avropa çempionatı üçün heyəti