• Gündəm • Hərbi

Azərbaycan Ordusunun itkin düşən daha bir hərbçisinin nəşi tapılıb

108
6-04-2021, 10:13

Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Cəfərov Təbriz İlqar oğlunun nəşi tapılıb.

BAKU.NEWS Report-a istinadla xəbər verir ki, şəhid bu gün Bərdə şəhərindəki Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Cəfərov Təbriz İlqar oğlu 1995-ci ildə anadan olub. O, 2014-2016-cı illərdə həqiqi hərbi xidmət keçib. 2020-ci ilin sentyabr ayında Vətən müharibəsi başlayan zaman müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. O, müharibənin şiddətli vaxtı Suqovuşan ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.

Allah rəhmət eləsin!

FACEBOOK ŞƏRH YAZ