• Dünya • Hadisə • Texnologiya • Gündəm

100 minə yaxın azərbaycanlı istifadəçinin şəxsi məlumatları oğurlandı

105
4-04-2021, 09:37

Xəbər verdiyimiz kimi, “Facebook”un 533 milyon  istifadəçisinin şəxsi məlumatları oğurlanaraq xüsusi haker platformasında satışa çıxarılıb. 
 
BAKU.NEWS-un “Reuters”ə istinadən verdiyi xəbərə görə, şəxsi məlumatları oğurlanan istifadəçilərin dünyanın 106 müxtəlif ölkəsindəndir.
 
Bu ölkələr arasında Azərbaycan da var. Məlumata görə Azərbaycandan olan 99 472 “Facebook” istifadəçisinin də şəxsi məlumatları oğurlanaraq satışa çıxarılıb.
 
Şəxsi məlumatlar arasında istifadəçilərin  bioqrafiyası, doğum tarixi, mobil telefon nömrəsi, e-mail ünvanları və digər məlumatlar  var.
 
Məsələyə münasibət bildirən “Facebook” şirkəti məlumatların 2 il əvvəl  təhlükəsizlik boşluğunun olduğu bir vaxtda oğurlandığını və köhnəldiyini qeyd edib. Lakin mütəxəssislər hələ də bir çox istifadəçinin şəxsi məlumatlarının dəyişmədiyini və bu səbəbdən də oğurlanan məlumatların bir sıra təhlükəsizlik problemlərinə səbəb ola biləcəyini qeyd edirlər.

FACEBOOK ŞƏRH YAZ