• Gündəm • Sosial

Pensiyalar verilir - Artımla!

281
16-02-2019, 17:33

Bakı şəhəri üzrə pensiyaların verilməsinə başlanılıb.
Baku.News xəbər verir ki, pensiyalar yanvar və fevral ayları üzrə nəzərdə tutulan artımla birlikdə verilir.

Ümumilikdə isə bir neçə gün ərzində ölkə üzrə pensiyaların verilməsi prosesi başa çatdırılacaq.

Qeyd edək ki, Azərbaycanda əmək pensiyalarının minimum məbləği 160 manata qaldırılıb. Belə ki, yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda orta aylıq əmək pensiyası 222 manat, yaşa görə pensiya 240 manat idisə, 3 faizli indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya 229, yaşa görə orta aylıq pensiya 250 manat olub.

FACEBOOK ŞƏRH YAZ