• Siyasət • Dünya • Texnologiya • Gündəm

Tramp yeni sosial şəbəkəyə qoşuldu

61
1-04-2021, 22:52

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, həmçinin Respublikaçılar Partiyasının bir sıra tərəfdarları yeni “Campaign Nucleus” sosial platformasına qoşulub.

BAKU.NEWS xəbər verir ki, bu barədə mənbələrə istinadən “Fox News” telekanalı məlumat yayıb.

Qeyd edilir ki, onlar öz tərəfdarları ilə maneəsiz ünsiyyət saxlaya bilərlər.

Bildirilir ki, yeni sosial şəbəkə hələ 2016-cı ilin martında Trampın seçkiqabağı qərargahının sabiq məsləhətçisi Bred Parskeyl tərəfindən yaradılıb.

“Parskeyl” şirkətinin saytında yerləşdirilmiş informasiyaya əsasən “Campaign Nucleus” ABŞ-da istifadəçilərə poçt xidmətindən istifadə edərək kütləvi informasiya vasitələrinə elektron məktubları, mesajları və bəyanatları, həmçinin digər materialları göndərmək imkanı yaradır. Bundan başqa, istifadəçilər hakimiyyətin nümayəndələri ilə virtual məkanda bağlana və çat yazışmalarında iştirak edə biləcəklər.

Telekanal bildirib ki, platforma keçmiş prezidentə jurnalistlərə və tərəfdarlarına öz açıqlamalarını çatdırmaq imkanı verir.

Daha əvvəl “Twitch”, tvitter, feysbuk, yutub və instaqram yanvarın 6-da Trampın Vaşinqtonda qarışıqlıqlar haqqında bəyanatlarına görə onun sosial şəbəkə hesablarını müxtəlif müddətlərə bloklayıb.

FACEBOOK ŞƏRH YAZ