• Dünya • Mədəniyyət • Gündəm

Sultan Süleymanın portreti satıldı - FOTOLAR

307
31-03-2021, 23:12

Osmanlı hökmdarı Qanuni Sultan Süleymanın portreti 438 min 500 funt sterlinqə alıcı tapıb.

BAKU.NEWS xəbər verir ki, bu barədə “Sotheby's” hərrac evi məlumat yayıb.

Portretdə Sultan Süleyman 43 yaşındadır.

Portret 22,7x17,5 sm, mis çərçivə ilə birlikdə isə 44,5x39,8 sm ölçüyə malikdir.

Əsər Qanuni Sultan Süleymanın İraqda Səfəviləri və Preveza Dəniz Zəfərində xaçlı donanmasını məğlub etməsindən sonra, gücünün zirvəsində olduğu dönəmlərdə çəkilib.

FACEBOOK ŞƏRH YAZ