• Mədəniyyət • Gündəm • Koronavirus

Gürcüstana 1 milyon doza “Pfizer” vaksini veriləcək

253
31-03-2021, 15:29

Gürcüstan yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 1 milyon doza “Pfizer” vaksini qəbul edəcək.

BAKU.NEWS bildirir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterine Tikaradze bildirib.

Onun sözlərinə görə, hazırda Gürcüstan istehsalçı şirkətdən vaksinlərin necə, hansı formatda və hansı cədvəl üzrə çatdırılacağı ilə bağlı təsdiqləmə gözləyir.

Nazir qeyd edib ki, Gürcüstan digər vaksin istehsalçıları ilə də aktiv danışıqlar aparır və “Pfizer” ilə aparılan yekun danışıqlar nəticəsində 1 milyon dozanın əldə edilməsi ilə bağlı razılıq əldə edilib.

FACEBOOK ŞƏRH YAZ