• İqtisadiyyat • Sosial • Gündəm

“İstikbal” Azərbaycanda mağaza şəbəkəsini genişləndirir - FOTO/VİDEO

1 368
30-03-2021, 19:22

Türk mebel sənayesinin lider markalarından biri olan “İstikbal” yatırımlarını davam etdirir. “Erciyes Anadolu Holding”in mebel sektorundakı flaqmanı olan “İstikbal” qardaş ölkə Azərbaycanda mağaza şəbəkəsini genişləndirir.

BAKU.NEWS xəbər verir ki, paytaxt Bakıda yenilənən 3000 kvadrat metrlik mağazasını Azərbaycan xalqının xidmətinə verən şirkət, Sumqayıt şəhərində də sahəsi 700 kvadrat metr olan yeni mağazasını açdı. Qardaş ölkədə ilk mağazasını 2003-cü ildə açan “İstikbal”, son açılışı ilə ölkədəki mağaza şəbəkəsinin sayını 8-ə çatdırdı.

Açılışa Türkiyə Əmanətlərin Sığortalanması Fondunun sədri Muhiddin Gülal, “Erciyes Anadolu Holding”in CEO-su Alpaslan Baki Ertekin, “İstikbal” mebelin Baş direktoru Mehmet Ali Yörük başda olmaqla bir çox qonaq qatılıb.

Açılışda çıxış edən “Erciyes Anadolu Holding”in icraçı direktoru Alpaslan Baki Ertekin “İstikbal” mebelin Azərbaycandakı uğurları, xüsusən “Made in Turkey” ifadəsinin keyfiyyətə bərabər tutulmasının onlara cəsarət verdiyini söyləyib.

Ertekin bu müvəffəqiyyəti və türk mebellərinin keyfiyyətini xaricdəki istehlakçılara çatdırmaq istədiklərini, bölgədəki investisiyalarının davam edəcəyini ifadə edib.

Son illərdə Azərbaycan iqtisadiyyatındakı inkişaf və Türkiyə ilə Azərbaycan arasında qardaşlıq əlaqələri, türk məhsullarına olan tələbatı artırır. “İstikbal” mebelin ölkə ərazisində yüzdə 95 tanınması və keyfiyyətin yüksək olması markaya olan inamı daha da artırır.

Qardaş ölkədə mağaza sayını artırmağı hədəfləyən “İstikbal”, gələcəkdə Qarabağda və Azərbaycanın cənubunda da mağazalar açmağı planlaşdırır. “Erciyes Anadolu Holding”in Azərbaycanda 13 mağazası var ki, onlardan 8-i “İstikbal”, 4-ü “Bellona”, 1-i isə “Mondi”dir.

Qeyd edək ki, açılışda “Biz iki gözdən axan tək damla yaşıq” adlı videoçarx qonaqlara təqdim olunub.

Videoçarxda 1915-ci ildə Birinci dünya müharibəsi zamanı Çanaqqala uğrunda gedən döyüşlərdə azərbaycanlıların türk ordusuna verdiyi dəstəyin, həmçinin 2020-ci ildə Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində tarix yazan qələbəsinin türk qardaşlarımız tərəfindən sevinclə qarşılanmasının görüntüləri əks olunub.

Sonda “Erciyes Anadolu Holding” Azərbaycan xalqını bu möhtəşəm qələbə münasibəti ilə təbrik edib.



FACEBOOK ŞƏRH YAZ