• Dünya • Texnologiya • Gündəm • Hərbi

Türkiyədə "Bayraktar"lara yerli müşahidə sistemləri əlavə olundu - Kanada embarqosuna qarşı

217
20-03-2021, 13:22

Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarına yeni yerli müşahidə sistemləri əlavə olunub.

BAKU.NEWS Türkiyə KİV-ə istinadən xəbər verir ki, "CATS" adlanan bu sistemlər PUA-larda müşahidə ilə yanaşı, lazer işarələməni də mümkün edir.

"ASELSAN" şirkəti tərəfindən hazırlanan sistemlər Türkiyənin yerli istehsalıdır.

Qeyd edək ki, daha öncə "Bayraktar" PUA-ları üçün "CATS" sistemləri Kanadadan idxal olunurdu. Qarabağ müharibəsi zamanı Kanada bu sistemlərin Türkiyəyə satılmasına embarqo tətbiq etmişdi.

FACEBOOK ŞƏRH YAZ