• Cəmiyyət • Sosial • Gündəm • Hərbi

“Əsgərə xatirə” layihəsi daha bir böyük xeyrxah aksiyanı həyata keçirdib - FOTOLAR

1 356
13-03-2021, 16:26

“Əsgərə xatirə kitabı” layihəsinin rəhbərliyi Müdafiə Nazirliyinin mütəxəssis-psixoloqları, yerli icra hakimiyyəti nümayəndələri  Vətən müharibəsi zamanı şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların, yaralanmış qazilərin ailə üzvləri ziyarət olunub.

Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin, yerli İcra Hakimiyyəti orqanlarının nümayəndələrinin, millət vəkillərinin səlahiyyətli nümayəndəsi və "Əsgərə xatirə" layihəsi rəhbərliyinin birgə təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş və yaralanmış qazilərin ailə üzvləri, övladlarıyla görüşüb onların sosial qayğıları və psixoloji problemləri ilə maraqlanmışdır. Şəhid və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinə psixoloji yardim (reabilitasiya) və dəstək fəaliyyətinin davamı olaraq,  ixtisaslı psixoloji müayinəyə ehtiyaci olan qazi və hərbi qulluqçuların ailə üzvlərinin siyahisı tərtib edilmiş,  Şamaxı, İsmayıllı, Ağdaş və Şəki İcra hakimiyyəti, deputat köməkçiləri ilə birlikdə bu problemlərin həlli istiqamətində ünvanlı maddi yardım, mənəvi dəstək və psixoloji tədbirlər həyata kecirilmisdir.

Səfər çərçivəsində keçirilən görüşlərdə Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Rasim İbrahimov, pisixoloq İlqar Orucov,  Şamaxı rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Cəlal Bayramov, Şamaxı rayon İcra Hakimiyyəti Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdir müavini Əfqan Səlimov, Şəki şəhərindən seçilmiş millət vəkili Vüqar İsgəndəlinin səlahiyyətli nümayəndəsi Anar Nağıyev, “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə xanım Şıxəliyeva və Layihənin icraçı direktoru Məltəm xanım Şıxəliyeva psixoloji yardıma və reabilitasiyaya ehtiyacı olan şəxsləri müəyyən edərək bu problemlərin həlli istiqamətində onlara ünvanlı maddi yardım edib və psixoloji dəstək tədbirləri həyata keçirib. Səfər müddətində yerli polis orqanlarının əməkdaşları səfər iştirakçılarını müşayət etmişlər. 

Qeyd edək ki, “Əsgərə xatirə”  Layihəsi yarandığı 5 il müddətində daima dövlət və dövlətçilik maraqlarına uyğun olaraq bir çox sosial aksiyalar, gənc nəsildə vətənpərvərlik ruhunun aşılanması, həmçinin əsgərlərin döyüş ruhunun yüksəldilməsi istiqamətində bir çox təbirlərə təşkilatçılıq edib.

“Əsgərə xatirə”  Layihəsinin komanda bu istiqamətdə tədbirlər davam etdirilir.

FACEBOOK ŞƏRH YAZ