• Gündəm • Sosial

Yeni Prezident təqaüdləri təsis edildi - 50 və 80 AZN

335
25-02-2019, 18:02

Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı bu gün imzaladığı sərəncama əsasən, Azərbaycanda yeni Prezident təqaüdləri təsis edilib.

Baku.News xəbər verir ki, dövlət başçısının imzaladığı sənəddə aşağıdakı şəxslər üçün yeni təqaüdlər nəzərdə tutulur:

- I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi;

- müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi.

FACEBOOK ŞƏRH YAZ