• Dünya • Şou-biznes • Hadisə • Gündəm

Türkiyənin məşhur aktyoru vəfat etdi

150
8-03-2021, 23:04

Türkiyənin tanınmış aktyoru Rasim Öztəkin dünyasını dəyişib.

BAKU.NEWS bildirir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Koca tvitterdə məlumat verib.

Onun sözlərinə görə, aktyor keçirdiyi infarktdan sonra Toraks və Ürək-Damar Cərrahiyyəsi Xəstəxanasında həkimlərin bütün müdaxilələrinə baxmayaraq, dünyasını dəyişib.

“Televiziya olan hər evdə ailədən biri idi. Başımız sağ olsun”, - nazir paylaşımında yazıb.

Qeyd edək ki, R.Öztəkin tamaşaçılara daha çox “Səksənlər” serialında Ahmet, Çağatay və Nazlının atası, Çınaraltı məhəlləsinin keçmiş icra nümayəndəsi Fehmi Özdemir rolundan tanışdır.

FACEBOOK ŞƏRH YAZ